AZ

"Bakı ilə danışıqlardan imtina etmək olmaz" - Paşinyan

"Vasitəçilərin səmərəsizliyi Azərbaycanla danışıqlardan imtina etmək üçün səbəb deyil".

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Biz vasitəçiliyi avtomatik olaraq rədd etmirik. Amma vasitəçilik var ki, zaman keçdikcə öz təsirsizliyini və bizim üçün problemlərini göstərir. Bu, Azərbaycanın sevimli mövzusudur, onlar tez-tez bu haqda danışmağı xoşlayırlar. Kim dedi ki, İrəvan indiyə qədər mövcud olan bütün vasitəçilərdən razıdır? Onların fəaliyyəti, davranışı, işi”, - Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, "biz ondan çıxış etməliyik ki, vasitəçilərdən heç biri Ermənistanın maraqlarını İrəvanın özündən çox təmin etməyə çalışmır".

“Lakin digər tərəfdən biz vasitəçilikdən imtina etmirik, çünki obyektiv, neytral və səmimi hesab etdiyimiz vasitəçilər var”, - deyə baş nazir bildirib.

Eyni zamanda, onun fikrincə, vasitəçilik danışıqları nədənsə yaxşı getmirsə, bu o demək deyil ki, danışıqlardan ümumiyyətlə, imtina edilməlidir.

“Yəni vasitəçilər effektiv deyilsə, o zaman biz bunu etməməliyik, yox, bu bizim gündəmimizdir”, - Paşinyan qeyd edib.

Qeyd edək ki, Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə mayın 10-da Almatıda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar aparılacaq.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla