AZ

"Mançester Siti" klubunun sabiq futbolçusu aliment ödəmədiyi üçün həbs olunub

Braziliya polisi aliment ödəmədiyi üçün Rusiya ÇSKA-sı və İngiltərənin "Mançester Siti" klubunun sabiq futbolçusu Jonu həbs edib.

BAKU.WS xəbər verir ki, bu məlumatı jurnalist Fabio Aleyşo sosial şəbəkə hesabında paylaşıb.

O, Kampinase şəhərində məhkəmə prosesinin ardından həbs edilib. Jonun ümumilikdə 8 övladı var. Onlardan altısı nikahdan kənar dünyaya gəlib. Jo 2010/11-ci il mövsümündə icarə əsasında "Qalatasaray" klubunun da formasını geyinib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla