AZ

“Rusiya hücum etsə, müdafiə olunacağıq” - Sandu

Moldova Prezidenti Maya Sandu deyib ki, rəsmi Kişinyov Rusiyanın təcavüz riskini minimuma endirmək üçün səylərini cəmləyəcək, lakin belə bir ssenari baş verəcəyi təqdirdə özünü müdafiə edəcək.

“AzPolitika” xəbər verir ki, rusiyalı bloqer Yuri Duda müsahibə verən Sandu onun ölkəsinin münaqişənin baş verməməsi və Avropaya inteqrasiya üçün hər şeyi edəcəyini bildirib: "Konstitusiyaya görə, biz sülhü və vətəndaşlarımızı qorumaq üçün hər şey etməliyik. Ordumuz var. Bizim müdafiə sektorumuz var və biz bu sərmayələri edirik. Amma həqiqətən də ümid edirik ki, bu müharibə tezliklə bitəcək və müdafiəyə sərmayə qoymaq məcburiyyətində qalmayacağıq”.

Prezident Rusiyanın Moldovaya hücum edəcəyi təqdirdə müqavimət göstərib-göstərməyəcəkləri barədə suala konkret cavab verib: "Biz mütləq ölkəmizi müdafiə edəcəyik".

O, həmçinin Kiyevdən tanınmamış Dnestryanı ilə problemin güc yolu ilə həllinə kömək təklifi alması barədə şayiələri təkzib edib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla