AZ

Paşinyan: “Sülh müqaviləsinin noyabra qədər imzalanması...”

“Noyabr ayına qədər sülh müqaviləsi bağlamaq ideyası ilə razıyam”. 

“Cebhe.info” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün, mayın 7-də mətbuat konfransında bildirib.

“Bunun üçün sülh müqaviləsində açıq olan və danışıqlar platformalarında razılaşdırılan bütün prinsipləri təsbit etmək lazımdır. Bu prinsiplər bəyan edilməli və imzalanmalıdır, mən bu məntiqlə razıyam. Ümid edirəm ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yaxın vaxtlarda Almatıda keçiriləcək görüşündə bu irəliləyiş qeydə alınacaq”, - Paşinyan bildirib.

Paşinyan ziddiyyətli prinsiplərlə necə davranacağına aydınlıq gətirməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr