AZ

Dəfn yeni 30 il sonra tapıldı...

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhidlə Qəbələdə vida mərasimi keçirilir.

Şəhid Səfərov Asim Nadir oğlunun qalıqları ailəsinə təhvil verilib. Asim Səfərovun anadan olduğu Qəmərvan kəndində keçirilən vida mərasmində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Şəhidin qalıqları Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Füzuli istiqamətində itkin düşən Səfərov Asim Nadir oğlunun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
3
Mənbələr
Şərh ()
Bağla