AZ

"Siyasi hərəkata katolikos başçılıq edir, onun benefisiarı Köçəryandır" - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bütün ermənilərin katolikosu bu gün faktiki olaraq siyasi hərəkata başçılıq edir, onun son benefisiarı eks-prezident Robert Köçəryandır.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə o, çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib.

Bununla da Paşinyan Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın rəhbərlik etdiyi və Tavuşda delimitasiya və ərazi güzəştlərinə qarşı yönəlmiş “Vətən naminə Tavuş” etiraz yürüşünə eyham vurub.

Onun fikrincə, bu hərəkatın məqsədi “sələflərinin və ya onların sələflərinin” hakimiyyətə qayıtmasıdır. Baş nazir bildirib ki, hələ 2021-ci ildə “Hayastan” blokunun lideri (ikinci prezident Robert Köçəryanı nəzərdə tutur – red.) kilsə vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyi ssenarisini təqdim edib.

Paşinyan hesab edir ki, əgər katolikos hansısa hərəkata xeyir-dua verirsə, deməli, bu, bu hərəkatın liderliyindən başqa bir şey deyil. Katolikosun icazəsi və hətta göstərişi olmadan keşiş siyasi mətnləri tələffüz edə bilməz.

Xatırladaq ki, hazırda Ermənistan və Azərbaycanın Tavuş və Qazax rayonları istiqamətində sərhədlərin delimitasiyası prosesi gedir. Proses başlayandan bu günə qədər Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı olan sakinləri etiraz aksiyaları keçirirlər.

Mayın 4-də “Vətən üçün Tavuş” hərəkatının nümayəndələri Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının Primatı, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə Kirants kəndindən İrəvana yürüşə başlayıblar. Mayın 9-da onlar Ermənistan paytaxtına gəlməyi planlaşdırırlar.

T.İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
50
Mənbələr
Şərh ()
Bağla