AZ

Əməkdar artist toy məclisini niyə yarımçıq tərk etdi? - VİDEO

Əməkdar artist Yusif Mustafayev hava şəraiti ilə əlaqədar yarımçıq qoyduğu toydan danışıb. 

Müğənni Qaynarinfo-ya açıqlamasında bildirib ki, İmişli rayonunun Qızılkənd kəndində toy məclisində olub:

"6 yaşlı oğlanın sünnət toyu idi. Çox təmtəraqlı məclis keçirdi. Uşağın atası imkanlı adamdır, məclis də həyətində idi. Saat 12-in yarısı toy yekunlaşırdı. Elə bir mağara bomba atdılar, aləm dəydi bir-birinə. Yumurta boyda dolu yağırdı. Hamı qaçdı. Baxdım bayıra, dedim ki, burda qalmağın yeri yoxdur, mən də aradan çıxdım".
 
Qeyd edək ki, Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarımçıq qalıb. Bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
Mənbələr
Şərh ()
Bağla