AZ

“Heydər Əliyev: multikulturalizm və tolerantliq ideologiyasi” adlı VII Beynəlxalq elmi konfrans

Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantliq ideologiyasi” adlı VII beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. 

Əvvəlcə ADU kollektivi Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Beynəlxalq tələbə himni olan “Gaudeamus” oxunub. 

ADU-nun tələbələri müxtəlif xarici dillərdə konfrans iştirakçılarını salamladıqdan sonra açılış nitqi ilə çıxış edən Xalq yazıçısı, ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan konfransa maraq böyükdür. Müxtəlif xarici dövlətlərdən elm və təhsil nümayəndələri, alimlər, ziyalılar konfransa böyük diqqət və maraq göstərirlər: “Bu gün biz Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. O, dahi bir lider, müdrik bir siyasətçi, xalqını, torpağını bütün varlığı ilə sevən, qoruyan bir şəxsiyyət kimi qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır. Bu gün Azərbaycan gəncliyi qalib bir xalqın nümayəndələri kimi daha məsliyyətli, inamlı və bacarıqlı olmalıdır. Bu məsiliyyəti, inamı və bacarığı hər birimiz öz işimizdə son dərəcə ləyaqətlə yerinə yetirməli, Azərbaycanın gələcək inkişafına öz təhfəmizi verməliyik”.

Türkiyənin Ege Universitetinin professoru Fikrət Türkmən qeyd edib ki, Heydər Əlieyvin anadan olmasının 101-ci ildönümü ilə bağlı keçirilən konfrans öz əhəmiyyəti ilə seçilir. Dünyanın bir sıra ölkələrindən olan alimlər, tələbələr bu konfransda iştirak etmək üçün ciddi şəkildə hazırlaşıblar. Konfransı ADU-nun növbəti uğuru hesab edən qonaq iştirakçılara uğurlar arzu edib.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü və QMİ sədrinin müavini Hacı Fuad Nurullayev Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin təbriklərini konfrans iştirakçılarına çatdırıb. Qeyd olunub ki, Ulu öndər Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazdıran dahi lider olmaqla yanaşı, həm də xalqının ağır günündə onu xilas edən müdrik bir rəhbər kimi yaddaşlarda əbədi yaşayacaqdır.

Pakistanın Milli Müasir Dillər Universitetinin rektoru general Mahmud Kyani elmi əməkdaşlıq baxımından konfransın əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, Pakistan hər zaman qardaş Azərbaycanın yanında olub və bundan sonra da belə olacaq. Bu dostluq və qardaşlıq münasibətləri özünü həm də elmi, mədəni müstəvidə göstərməkdədir.

Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Belqrad Universitetinin Şərqşünaslıq kafedrasının müdiri Kseniya Aykurt, Aleksandr İoan Kuza adına Yasse Universitetinin professoru Lyudmila Bejenaru, Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, Mərakeş Universitetinin professoru Adil El Madhi, Auqsburq Universitetinin professoru Klaus Vulf, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, onlayn şəkildə Buxara Dövlət Universitetinin prorektoru Abror Jurayev, Braziliyanın Paraibe Federal Universitetinin professoru Ana Berenise Peres Martorelli çıxışlarında konfransın beynəlxalq əhəmiyyətindən söz açıblar və gələcək elmi, mədəni istiqamətlər haqqında fikirlərini bölüşüblər.

Konfrans bölmə iclasları ilə davam edib. 

Anar ƏLİ

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla