AZ

“Borussiya”nı mövsümün sonunda tərk edəcək

Marko Roys ilə bağlı məsələyə rəsmən aydınlıq gəlib. Təcrübəli futbolçu mövsümün sonunda “Borussiya”nı tərk edəcək.

Bu haqda Dortmund klubu məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi ilə müqavilə yenilənməyəcək: “Yayda qeyri-adi dövr sona çatacaq. “Borussiya” və komandanın kapitanı əməkdaşlığın müddətini artırmamaq qərarına gəlib”.
Beləliklə, Roysun sarı-qara formadakı 12 illik çıxışı sona çatacaq. O, komandada 2012-ci ildən top qovur. Marko “Borussiya”da indiyədək bütün turnirləri nəzərə almaqla 424 oyun keçirib, 168 qol vurub və 128 məhsuldar ötürmə verib. Komanda ilə iki dəfə ölkə kubokunu, üç dəfə isə ölkə superkubokunu qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla