AZ

Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq

“Hər matça olduğu kimi bu dəfə də ciddi hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik, amma bir xalla kifayətləndik” – bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in futbolçusu Şakir Seyidov deyib.

Gənc futbolçu Misli Premyer Liqasının 33-cü turunda “Sumqayıt”la 1:1-lik heç-heçə etdikləri matçdan danışıb: “Qalib gəlib yuxarıdakı rəqiblərə çatmaq istəyirdik”.

24 yaşlı müdafiəçi Gəncə təmsilçisinin mövsümün ikinci yarısında daha çox qələbə qazanmasının səbəbinin sırf baş məşqçi dəyişikliyi ilə əlaqədar olması ilə bağlı suala belə cavab verib: “Azər Məmmədov da, Adil Şükürov da yaxşı insan və yaxşı məşqçidir. Elə oldu ki, Azər müəllimin vaxtında az qələbə qazandıq, Adil müəllimin gəlişi ilə isə daha çox qalibiyyət əldə etdik”.

Seyidov mövsüm başa çatdıqdan sonra müqavilə ilə məxsus olduğu “Sabah”a qayıdacağını açıqlayıb: “Mənim “Sabah”la müqaviləm var. Ora qayıtmalıyam. Bu komandada qalıb-qalmayacağımla bağlı isə hələ heç nə deyə bilmərəm. Qarşıdakı oyunlara köklənmişəm. Bu barədə düşünmürəm. Çempionat başa çatdıqdan sonra nə olacağını görəcəyik”.

Futbolçu “Kəpəz”in növbəti turda “Neftçi”yə qarşı keçirəcəyi oyundan da söz açıb: “Nəticənin necə olacağını əvvəlcədən demək olmaz. İnşallah, xal və ya xallar götürərik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
futbolinfo.az

1Mənbələr