AZ

Paşinyan etirazlara tab gətirə BİLƏCƏKMİ? – Hakimiyyət dəyişikliyi yalnız bu halda baş verə BİLƏR

“Xalq və güc strukturları Paşinyanın arxasındadır. Belə olan halda, baş naziri devirmək çox çətindir”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanda baş verən etiraz aksiyalarına Ermənistanın baş naziri Nikol Paşinyanın nə qədər tab gətirəcəyi ilə bağlı fikirlərini söyləyən politoloq Qafar Çaxmaqlı deyib.

Onun sözlərinə görə, hakimiyyətin delimitasiya ilə bağlı qərarına qarşı etirazları başladanlar aksiyalara Azadlıq meydanında yüz min nəfərin qoşulmasını planlayır.

“Paşinyana müxalif olan qüvvələr onun hakimiyyətini devirmək üçün birləşmək istəyir. Ancaq Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə birifinq keçirərək, hazırkı vəziyyətlə bağlı sualları cavablandırıb.

Bildirib ki, hakimiyyət dəyişikliyi yalnız parlament seçkiləri keçirilərsə, baş verə bilər. Yəni təzyiqlərlə erkən parlament seçkilərinin keçirilməsi mümkündür, ancaq güc yolu hakimiyyəti devirmək real görünmür”, – deyə politoloq bildirib

Siyasi şərhçi Ermənistanın güc strukturlarının Paşinyanın ətrafında cəmləndiyini qeyd edib:

“Əgər lazım gələrsə, o, mitinqləri dağıtmaq gücünə malikdir. Revanşistlər Ermənistanda bu yolla hakimiyyət dəyişikliyinə nail ola bilməyəcəklər. Çünki xalq və güc strukturları Paşinyanın arxasındadır. Belə olan halda, baş naziri devirmək çox çətindir”.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla