AZ

Uilyam Börns: "Netanyahunu çətin seçimlər gözləyir"

"ABŞ Rəfahda mülki əhalinin həyatını təhdid edə biləcək istənilən quru əməliyyatlarına qarşıdır".

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns deyib.

İsrailin baş naziri Benyamin Netanyahunun siyasi sıxıntı içərisində olduğunu vurğulayan MKİ rəhbərinin sözlərinə görə, ABŞ, Misir və Qətərdən olan vasitəçilər atəşkəs üçün səylərini davam etdirirlər.

"İsraildə koalisiya hökuməti yəhudi ultramillətçilərin dəstəyindən asılıdır. Onlar Rəfahın tam işğalını tələb ediblər və bu işğal baş verməsə, hökuməti devirəcəkləri ilə hədələyiblər. Görünən odur ki, yaxın gələcəkdə Netanyanu ağır nəticələrlə üzləşəcək".- deyə U. Börns qeyd edib.

Gülşən Şərif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla