AZ

"Parlament buraxılmalıdır" - İqbal Ağazadə

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qanunvericiliyə əsasən, parlament seçkilərinin bu ilin noyabrında keçirilməli olduğunu bildirib. Lakin o, payızda keçiriləcək COP29-la əlaqədar seçkinin vaxtının qabağa çəkilə biləcəyini deyib.

Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, seçkilərin vaxtının qabağa çəkilməsi üçün parlament özünü buraxmalıdır. O, bu barədə Bakupost.az -a açıqlamasında bildirib.

“Qanunla seçkilər noyabrın 3-də keçirilməlidir. Ondan gec keçirmək olmaz. Amma seçkilər tez də ola bilər. Bu artıq parlamentin Konstitutsiyanın tələblərinə uyğun olaraq, özünü buraxmasından asılıdır”.

İ.Ağazadə hazırda rəhbərlik etdiyi siyasi təşkilatın seçkilərə hazırlıqla məşğul olduğunu bildirib:

“Hazırda 49 namizədimiz dairəsini müəyyən edib. Ümumilikdə hələ ki 75 namizədimiz var. Digər namizədlərimiz də dairələrini müəyyənləşdirirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
3
Mənbələr
Şərh ()
Bağla