- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Moskva, 7 may, AZƏRTAC
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin əvvəlcə Çinə, sonra isə Türkiyəyə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Vladimir Putinin inauqurasiyasından sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə müsahibəsində deyib.
Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, Vladimir Putinin Türkiyəyə səfərinin tarixi hələ dəqiqləşdirilməyib, amma bu, RF liderinin Çinə səfərindən sonra mütləq baş tutacaq.
Vladimir Putinin Türkiyəyə qarşıdakı səfəri ilə bağlı jurnalistin sualını cavablandıran Yuri Uşakov deyib: “Bu səfər Çindən sonra olacaq, çünki Rusiya Prezidenti ilk xarici səfərini məhz Pekinə edəcək”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.