AZ

Paşinyan dəvət almadığı üçün Putinin andiçmə mərasimində iştirak etməyib

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində dəvət almadığı üçün iştirak etməyib.

APA “Aysor”a istinadən xəbər verir ki, Paşinyan bu barədə bugünkü mətbuat konfransında bildirib.

Nikol Paşinyan deyib ki, o, Türkiyə Prezidentindən andiçmə mərasimində iştirak etmək üçün dəvət alıb, lakin Rusiya Federasiyasının Prezidentindən belə bir dəvət almayıb.

O, dəvət alsa belə, gedə bilməyəcəyini, mətbuat konfransının daha önəmli olduğunu qeyd edib.

“Biz çox vacib məsələləri müzakirə edirik, ümid edirəm ki, siz də belə düşünürsünüz”, - Baş nazir vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
Mənbələr
Şərh ()
Bağla