AZ

"Odessa və Xarkov ələ keçirilməlidir" - Kadırov

Çeçenistan rəhbəri Ramzan Kadırov Odessa və Xarkovun bu ay Rusiya ordusunun ​​nəzarətinə keçirilməsinin vacibliyini bəyan edib.

"Unikal" xəbər verir ki, Kadırovun sözlərinə görə, Rusiya indi Ukrayna prezidenti Volodimir Zelenskini lazımi sənədləri imzalamağa nail olmaq üçün ən yaxın əraziləri “ələ keçirməlidir” .

"İnanıram ki, daha aktiv hücuma keçməliyik, güclü zərbə vurmalıyıq, vaxt var, bu ay ən yaxın ərazini tutmalıyıq. Sonra da bu Zelenskini həbsxanaya salmalıyıq", - Çeçenistan rəhbəri bildirib.

Bundan əvvəl Kadırov Kremldə Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
Mənbələr
Şərh ()
Bağla