AZ

Vətəndaşlar niyə görə kredit əldə etmək üçün BOKT-lara müraciət edir? - Açıqlama

Vətəndaşlar niyə görə kredit əldə etmək üçün BOKT-lara müraciət edir? - Açıqlama

Son vaxtlarda vətəndaşlar kredit əldə etmək üçün BOKT-lara daha çox üz tutmağa başlayıblar.Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə bilən BOKT-ların fəaliyyəti eyni zamanda mənfi cəhətləri nələrdir Əhali niyə görə BOKT-lara üz tutur

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Sonxeber.az-a açıqlama verib.

İqtisadçı bildirib ki, BOKT-ların əsas müsbət yanı bankın riskli hesab etdiyi şəxslərə də kredit verməyidir:

"BOKT-lara müraciətin heç bir mənfi yanı yoxdur. BOKT-lardan kredit gətirməklə şəxs daha sivil qaydada kredit münasibətlərinə girmiş olurlar. Banklarda sərt qaydalar var. Banklar vətəndaşın aylıq gəlirini krediti ödəmə nisbətinə 40 faizlik şərt qoyub. Banklar ona görə də maddii vəziyyəti daha yaxşı olan müştərilərlə işləməyə üstünlük verir. Amma Banklarda faiz BOKT-lardan biraz aşağı olur. BOKT-lar isə daha riskli müştəri qrupları ilə işləyirlər, BOKT-lar borc- gəlir nisbəti yoxdur. BOKT-ların olması daha yaxşıdır. Çünki BOKT-lar olmayanda vətəndaş gedib lambartdan pul almaq məcburiyyətində qalır. Lambartda alınmadığı halda səlimçilərə üz tuturlar. BOKT-lardan kredit faizləri banklardan daha yüksək olur. BOKT-ların pul mənbəyidə elə banklardır. BOKT-ların əsas müsbət yanı bankın riskli hesab etdiyi şəxsə kredit verməyidir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla