AZ

64 yaşlı kişi həmkəndlisinə xəsarət yetirdi — TƏFƏRRÜAT

İmişli rayonunda 1960-cı il təvəllüdlü Ələkbər həmkəndlisi Səbuhiyə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ələkbər 17 dekabr 2023-ci ildə, saat 10 radələrində yaşadığı İmişli rayonu, Şahverdili kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Səbuhiyə burun nahiyəsinə qəsdən bir dəfə ağac parçası ilə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Ələkbərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ələkbər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü saat 10 radələrində yaşadığı İmişli rayonu, Şahverdili kəndin içində şəxsi təsərüfatından olan bir baş iribuynuzlu heyvanı çöl sahədə doğduğu üçün həmin heyvanı yaşadığı evə gətirmək üçün gedib: “Həmin vaxt kəndin giriş hissəsində yaşadığım evinin istiqamətində hərəkət edərkən, qarşımda həmkəndlim Səbuhinin mənə doğru idarə etdiyi traktoru və içərisində sonradan gördüyüm sərnişin qismində olan, qardaşım Yusif və oğlanları Pənah və Mahmudun olduğunu gördüm. Hərəkətdə olan traktor mənim heyvanla birgə keçməyimə maneə yaratdığından əvvəlcə həmkəndlim Səbuhiyə keçməyimə şərait yaratması üçün idarə etdiyi traktoru saxlamağı istədim. Sonra isə yenidən keçidin dar olduğunu görüb təkrar traktoru sürməyi istədi. Lakin sonuncu idarə etdiyi traktordan baş və bədən hissəsini çölə çıxarıb mənə kobud sürətdə cavab verdiyi və üstümə qışqırdığı üçün özümü saxlaya bilmədim. Əlindəki ağac parçası ilə Səbuhinin sifət nahiyəsinə, yəni burunun üst hissəsinə qəsdən vuraraq ona fiziki ağrı yetirdim”. 

İş üzrə zərərçəkmiş Səbuhinin sözlərinə görə, hadisə günü, saat 10 radələrində idarə etdiyi traktorla həmkəndlisi Yusif sərnişin qismində onunla birgə kənd içində hərəkətdə olduğu vaxt, yaşadığı kəndin çıxışında həmkəndlisi Ələkbərin özünə məxsus iribuynuzlu heyvanları piyada olaraq idarə etdiyi traktorun qarşısından keçirmək niyyəti ilə ona tərəf yaxınlaşdığını görüb: “Həmin vaxt idarə etdiyim traktoru bir qədər kənara sürərək saxlayan zaman Ələkbər mənə qarşı kobud ifadə işlətdi, məni təhqir etdi və traktoru sürməyimi istədi. Mən həmin an traktorda olduğum üçün onun sözlərinə əhəmiyyət vermədim. Lakin həmkəndlim Ələkbər əlində olan ağac parçası ilə traktora yaxınlaşaraq baş nahiyəmə qəsdən bir dəfə vurdu. Sonra isə ikinci dəfə zərbə yetirərkən həmin ağac burun nahiyəmə dəyərək mənə ciddi xəsarət yetirdi”.

Bu cinayət işinə İmişli Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ələkbər 1500 manat miqdarında cərimə cəzasına məhkum edilib. 

Fariz Məlikli
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla