AZ

Bakıda yağış suyu sərnişin avtobusunun tavanından içəri damdı - VİDEO

Bakıda fəaliyyətdə olan sərnişin avtobusunun tavanından yağış suyu içəri damıb. 

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə 173 saylı marşurut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. Tavandan daman su sərnişinlərin üzərinə tökülüb.

Şikayətçinin sözlərinə görə, metronun "Koroğlu" stansiyası ilə Pirşağı qəsəbəsini birləşdirən xətdə belə hallar tez-tez yaşanır. İstismarda olan avtobuslar yararsız vəziyyətdədir. 

Sözügedən görüntüləri təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla