AZ

“Barselona” Xavini qova bilər

“Barselona” baş məşqçisi Xavini qova bilər.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb Kataloniya klubunun La Liqanın son turunda 2-ci yer uğrunda mübarizədəki əsas rəqibi “Jirona”ya 2:4 hesabı ilə məğlub olmasıdır.

“Barsa”nın yekun nəticəsi ikinci pillədən aşağı olarsa, rəhbərlik 44 yaşlı mütəxəssisi istefaya göndərmək qərarına gələ bilər.

Qeyd edək ki, Xavi yanvarda postundan ayrılacağını açıqlasa da, ötən ay vəzifəsində qalacağını bildirib. “Barselona” mövsümün sonuna 4 tur qalmış 3-cü pillədə yer alır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
18
Mənbələr
Şərh ()
Bağla