AZ

Paşinyan Prezident Əliyevin ideyası ilə razılaşır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin bu ilin noyabrına qədər sülh sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı fikri ilə razıdır.

Yenisabah.az xəbər verir ki, Paşinyan mətbuat konfransında deyib:

“Mən sülh sazişinin noyabra qədər imzalanması ideyası ilə razıyam”.

Onun sözlərinə görə, bunun üçün danışıqlar platformalarında razılaşdırılmış bütün prinsipləri sazişdə qeyd etmək və sənədi imzalamaq lazımdır.

“Ümid edirəm ki, bu irəliləyiş Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündə əldə olunacaq”, - deyə Paşinyan qeyd edib.

Daha əvvəl Əliyev bildirib ki, bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 konfransına qədər Bakı və İrəvanın sülh sazişinin əsas prinsipləri barədə razılığa gəlməsini real hesab edir.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla