AZ

ABŞ-da enerji investisiyalarına dəvət

ABŞ-da danışıqlar aparacaq Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ABŞ-ın energetika naziri Cennifer Qranholm ilə görüşəcək.

“İki sahil” xəbər verir ki, A.Bayraktarın bu gün başlayan və sabaha qədər davam edəcək Vaşinqton səfərinin ən mühüm hissəsi C.Qranholm ilə görüşü olacaq. Görüş zamanı Türkiyə ilə ABŞ arasında “enerji və iqlim dialoq proqramı”na start veriləcək və ikitərəfli dialoq mexanizmi üçün ilk görüş Vaşinqtonda keçiriləcək.

Türk-Amerika Konfransının panelində çıxışı da planlaşdırılan A.Bayraktar Türkiyəyə enerji sahəsində sərmayə qoyulması çağırışı edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla