AZ

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

Qırx

Bakı, 7 may, AZƏRTAC

Filippində azı 40 milyon insanın içməli suya çıxışı yoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin Kommunikasiya Ofisindən bildirilib.

Filippin Prezidenti Ferdinand Romualdez Markos əhalini su ilə təmin etmək üçün hökumət qurumlarına konkret həllər tapmaq göstərişi verib. O, suvarma, məişət və sənaye istifadəsi üçün su tələblərini balanslaşdırmağın vacibliyini vurğulayıb.

Kiçik ada kəndləri və digər sahilyanı ərazilər üçün nəzərdə tutulan perspektivli strategiyalardan biri dəniz suyunu şirin suya çevirən duzsuzlaşdırma prosesinin həyata keçirilməsidir. Bu təşəbbüsün həmin ərazilərdə su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracağı ehtimal olunur. Artıq duzsuzlaşdırma prosesinə başlamaq üçün 65 ada kəndi siyahıya salınıb.

Arxipelaq ölkəsi olan Filippində adambaşına illik orta hesabla 1400 kubmetr su ehtiyatı düşür ki, bu da ildə adambaşına hesablanan “normal” həddən 300 kubmetr azdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla