AZ

Moldova Prezidenti özünü rumıniyalı hesab edir

Moldova Rrezidenti Maia Sandu bildirib ki, özünü dərk etməsi onu Rumıniya pasportu almağa sövq edib.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

"Nənəmin və babamın Rumıniya pasportu var idi. Bəli, özünü dərk etmək mənim üçün vacib idi", - Sandu deyib. Onun məlumatlarına görə, ölkə vətəndaşlarının təxminən üçdə biri olan 1 milyona yaxın moldovalı Moldova pasportuna malikdir. Eyni zamanda o, bir sıra partiyalar tərəfindən irəli sürülən Rumıniyaya qoşulma ideyasını dəstəkləyib-dəstəkləmədiyi sualına birbaşa cavab verməyib.

Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra Moldova müstəqilliyini elan etdi, lakin qonşu Rumıniyanın siyasətçiləri onun ərazisini öz ölkələrinin bir hissəsi hesab edir və birləşmə ideyasını təbliğ edirlər. Buxarest Moldova hökumətinin gizli razılığı ilə Kişinyovda birləşmə siyasəti üçün kampaniya aparan siyasi partiyaları dəstəkləyir. 

T.İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla