AZ

Erməni Apostol Kilsəsinin ali rəhbərliyi mənəvi liderliyini iflasa uğratdı-Paşinyan



Erməni Apostol Kilsəsinin ali rəhbərliyi mənəvi liderliyini iflasa uğratdı.

Newscenter.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan hökumətlə kilsə arasında münaqişə mövzusundan danışarkən deyib ki, biz kilsə ilə döyüşmürük:

"Kilsənin bizimlə ziddiyyət təşkil etməsindən asılı olmayaraq, onlar bu suala cavab verməlidirlər. Əgər bəzi ruhanilər siyasi təklif irəli sürürlərsə, bu o deməkdir ki, onlar öz uğursuzluqlarını və ya ruhani liderliyi həyata keçirə bilmədiklərini etiraf edirlər".

Paşinyan daha sonra bunları deyib:

"Ruhani liderlikdə, insanları Allahla əlaqələndirmək missiyasında uğursuzluğa düçar olmuş din xadimləri siyasi təkliflə çıxış edirlər. Təəssüf ki, bir çox yüksək rütbəli din xadimləri o vəziyyətdədir. Ola bilsin ki, onlar İncili sona qədər oxumayıblar”.

Anar Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla