AZ

Paşinyan: Ermənistanın Türkiyə və Azərbaycanla sülhə ehtiyacı var

Ermənistan Türkiyə və Azərbaycanla düşmənçiliyinə son qoymalıdır.

"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

“Bizim regiondakı vəziyyətlə bağlı mövqeyimiz belədir. İran və Gürcüstanla əlaqələrin dərinləşməsi, Türkiyə və Azərbaycanla hərbi əməliyyatların azaldılması və dayandırılması lazımdır", - Paşinyan deyib.

O, həmçinin bildirib ki, Azərbaycanla sərhədin çəkilməsi Ermənistan üçün təhlükəsizlik təminatı yaradır.

Onun sözlərinə görə, Tavuş vilayətində sərhəd dirəklərinin quraşdırılması 90 faiz başa çatıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla