AZ

Təmsilçilərimizə necə səs verək?

Xəbər verdiyimiz kimi, bu gün İsveçin Malmö şəhərində “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

Azərbaycan təmsilçiləri Fahree və İlkin Dövlətov birinci yarımfinalın ikinci hissəsində 12-ci nömrə altında “Özünlə apar” mahnısı ilə çıxış edəcəklər.

Azərbaycanda müsabiqəni İTV-nin canlı efiri və “Avroviziya”nın rəsmi yutub kanalı vasitəsilə izləmək mümkün olacaq. Yayım saat 23:00-da başlayacaq.

Yarımfinalın nəticələrinə əsasən, 10 finalçı müəyyənləşəcək. Onlar finalda kristal mikrofon uğrunda mübarizəni davam etdirəcəklər.

“Qafqazinfo” xəbər verir ki, Fahree instaqram hesabında birinci yarımfinalda Azərbaycana səsvermə qaydalarını paylaşıb.

Belə ki, səs vermək üçün 12 rəqəmini ölkə üzrə müəyyən edilmiş qısa nömrəyə göndərmək lazımdır.

Fahree və İlkin Dövlətova bu ölkələrdən səs vermək mümkündür: Kipr, Serbiya, Litva, Polşa, Xorvatiya, İslandiya, Sloveniya, Finlandiya, İrlandiya, Ukrayna, Avstraliya, Portuqaliya, Lüksemburq, Böyük Britaniya, İsveç və Almaniya.

Əgər siz “Avroviziya-2024” müsabiqəsinin iştirakçısı olmayan ölkədə yaşayırsınızsa, təmsilçilərimizə www.esc.vote saytı və “Eurovision” mobil əlavəsi vasitəsilə səs verə bilərsiniz.  

Təmsilçilərimizə uğurlar arzu edirik!


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
4
Mənbələr
Şərh ()
Bağla