AZ

Azercell Premium Tarifi və Premium+ Loyallıq Proqramını istifadəyə verdi

Azercell
Mobil operator abunəçilərinə xüsusi tarif paketləri və özəl imkanlar təklif edir. Azercell müştərilərin müasir mobil ehtiyaclarına uyğun müxtəlif həcmli və qiymətli tarif paketlərini təqdim etməyə davam edir. Ölkənin lider mobil operatoru Premium tarifini fakturali və fakturasiz (SimSim) xətt abunəçilərinin istifadəsinə verib. Premium tarif paketlərində müxtəlif qiymət aralıqlarını əhatə etmək məqsədilə daha çox seçim mövcuddur:
Bütün Premium paketləri daxilində WhatsApp və FB Messenger tətbiqlərində mətn yazışmaları üçün 1GB internet təqdim olunur. Bununla yanaşı, Premium tarifinə qoşulan abunəçilər Azercell-in Premium+ Loyallıq Proqramına da üzvlük əldə edirlər. Sözügedən proqram müştərilərə fərdi Premium dəstək xətti, Əlaqə Mərkəzinə ödənişsiz və üstünlüklü müraciət etmə imkanı, Azercell Eksklüziv ofislərində "Fast Track" ("Sürətli keçid") xidməti, pulsuz Mobil Müştəri Xidmətindən istifadə, ad günü hədiyyələri və digər xüsusi imtiyazlar verir. Qeyd edək ki, Premium+ Loyallıq Proqramına Premium 50GB, Premium 75GB və Premium 100GB tariflərinin abunəçiləri, həmçinin də Azercell şəbəkəsində son 6 ay ərzində aylıq abunə xərci 40 AZN və daha çox olan abunəçilər (hər ay üzrə bu limiti keçməlidir) üzvlük əldə etmiş olurlar. Premium tarifi və Premium+ Loyallıq Proqramı barədə daha ətralı məlumatla tanış olmaq üçün aşağıdakı linklərə keçid edin: https://www.azercell.com/az/personal/premium-plus.html https://www.azercell.com/az/personal/plans-and-services/mobile-tariffs/premium-tariff.html

Reklam hüququnda

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
18
Mənbələr
Şərh ()
Bağla