AZ

U-17 millimiz Belarusda Türkiyəyə böyük hesabla uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Belarusda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu matçına çıxıb.

Arena.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə keçirilən turnirdə millimiz bu gün Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

ABFF Təlim-Məşq Mərkəzində baş tutan oyun komandamız üçün uğursuz alınıb. Türkiyə yığması bu oyunda 4 cavabsız qola sevinib – 4:0.

Xatırladaq ki, Azərbaycan yığması bu turnirdə keçirdiyi ilk görüşdə Belarus millisinə 1:3 hesabı ilə uduzmuşdu. Qazaxıstanla matçın əsas vaxtı heç-heçə (2:2) bitsə də, u-17 yığmamız bu görüşdə də penaltilərlə 1:4 hesablı məğlubiyyətə üzülmüşdü.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla