AZ

Xəstəxanaya bıçaqlı hücum: Çoxlu ölü və yaralı var

Çinin cənub-qərbindəki Yunnan əyalətində xəstəxanaya bıçaqla hücum edilib. Nəticədə 10-dan çox adam həyatını itirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı istintaq başlayıb.

Sosial media hesablarında yayılan məlumatlara görə, hücumda 23 nəfər yaralanıb. Hadisənin təfərrüatları açıqlanmır. Çin mediasının yaydığına görə, cinayət törədən şəxs həbs edilib. Bıçaqlanmadan ölən şəxslərin yaxınları polis idarələrinin qarşısına toplaşıb. Cinayət törədənin ən ağır şəkildə cəzalandırılması tələb edilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla