AZ

Bu il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15,1 min şəxsə əlillik təyin edilib 

Bu ilin ilk 4 ayı ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15,1 min şəxsə əlillik təyin edilib.
 
Bu məlumat Aztibb.az-a Agentlikdən verilib.
 
Bildirilib ki, onlardan 7,3 mininə ilkin, 7,8 mininə təkrar əlillik təyinatı aparılıb.
 

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
30
Mənbələr
Şərh ()
Bağla