AZ

Ən çox istifadə edilən internet brauzerləri

2024-cü ilin aprelinə qədər ən çox istifadə edilən veb brauzerlər açıqlanıb. \"Chrome” yenə indiyə qədər ən çox istifadə edilən brauzer olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 2013-cü ildə \"Microsoft Internet Explorer” və \"Firefox”u geridə qoyaraq ən populyar veb brauzerə çevrilən \"Google Chrome” hazırda dünyada ən çox seçilən brauzerdir.

\"StatCounter”in dərc etdiyi aprel məlumatlarına baxdığımızda görürük ki, dünyanın ən populyar internet brauzeri 65,93%-i \"Google Chrome” olmağa davam edir.

\"Microsoft Edge” hazırda 12,81% bazar payına malikdir. 

Safari 8,45%-lə masaüstündə üçüncü ən populyar brauzerdir. \"Firefox” 6,67% bazar payı ilə \"Safari”dən sonra gəlir. 3,09% bazar payı ilə \"Opera” ən çox istifadə edilən brauzerlər siyahısında beşinci yerdədir.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla