AZ

“Rusiya telekanalları hörmətsizlik etsələr, onların yayımı qadağan olunacaq”- Ermənistan Baş naziri

“Ermənistan hakimiyyətinin çoxsaylı tələbləri yerinə yetirilməsə, ölkə ərazisində Rusiya telekanalları bağlanacaq”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Rusiya telekanalları Ermənistanın daxili həyatına hörmətsizlik etsələr, onların yayımı qadağan olunacaq”, – Baş nazir bildirib.

Martın sonunda Ermənistan hakimiyyəti “Vladimir Solovyovla bazar axşamı” və “Vladimir Solovyovla axşam” müəllif proqramlarının ölkədə yayımını qadağan edib. Qərar Moskva və İrəvan arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin 5 və 6-cı maddələrinin pozulması ilə əsaslandırılıb.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla