AZ

Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabr ayına qədər imzalana bilər

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabr ayına qədər imzalana bilər.

APA xəbər verir ki, bu barədə Paşinyan bugünkü mətbuat konfansında bildirib.

Baş nazirin sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.

Paşinyan qeyd edib ki, Ermənistan məlum prinsiplər çərçivəsində noyabr ayına qədər Azərbaycanla sülh sazişini imzalamağa hazırdır.

Ermənistan Baş naziri həmçinin iki ölkə XİN başçısının mayın 10-da Almatıda keçiriləcək görüşünün yekunlarına dair irəliləyişə ümid edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
13
Mənbələr
Şərh ()
Bağla