AZ

"Dərinsulu Günəşli"də hasilat yenidən bərpa edilib

BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” illik iş proqramının bir hissəsi olaraq “Dərinsulu Günəşli” platformasında aprelin 25-dən başlayaraq 15 gün ərzində planlaşdırılmış profilaktik işlər proqramı tam şəkildə həyata keçirilib və proqram vaxtından əvvəl uğurla başa çatıb.

BP-nin və tərəfdaşlarının Azərbaycana investisiyaları 85 milyard dollar təşkil edib

Bu barədə FED.az-a AÇG yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilib ki, proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunub, platformanın hasilat və ixrac sistemləri artıq işə salınıb. Hazırda hasilatın tədrici artırılması prosesi davam edir.

Xatırladırıq ki, planlaşdırılmış profilaktik işlər proqramına inspeksiya, müxtəlif layihələr, o cümlədən ventillərin dəyişdirilməsi, radioizotop mənbələrin dəyişdirilməsi və vacib təmir işləri daxil idi.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə bp-nin Xəzərdə əməliyyatçısı olduğu digər platformalarda və obyektlərdə də müntəzəm olaraq həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
245
13
fed.az

10Mənbələr