AZ

“Bu çağırış sülh istəyən dövlət üçün fürsət ola bilər” – Politoloqun ŞƏRHİNDƏ

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev dünya dövlətlərinə Azərbaycanda bu il keçiriləcək COP29 tədbiri zamanı müharibələrin dayandırılması üçün çağırış edəcək. 

Bu çağırışın dünya dövlətləri tərəfindən qəbul edilməsi nə dərəcədə gözləniləndir? 

“COP29 kimi böyük tədbirlər zamanı bu çağırışlar olur. COP29 əsasən, planetin çirkləndirilməsinə, qlobal istiləşməyə və s. kimi problemlərə qarşıdır. Bu tədbir dünyanı xilas etməklə bağlıdır deyə bilərik. Ona görə də, bu çağırışların edilməsi normaldır”. 

Bu fikirləri Ednews-a açıqlaması zamanı politoloq Turab Rzayev bildirib ki, Azərbaycan hökümətinin bu çağırışı sülh istəyən müharibə dövlətləri üçün fürsətə çevrilə bilər:

“Azərbaycan özü bu çağırışlarda aktiv ola bilər və Ermənistanla sülh prosesi sürətlənə bilər. İlkin olaraq, Azərbaycanla Ermənistan arasında ilkin sülh razılaşması əldə oluna bilər. Böyük Britaniyanın baş naziri Rişi Sunakın Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı humanitar məktubda da bu məsələyə toxunulur. Britaniya tərəfi bildirir ki, COP29-a qədər sülh müqaviləsi bağlınılmasına ümid edilir. Əlbəttə ki, Azərbaycan da ev sahibi olduğu üçün bununla bağlı əlindən gələni etməyə çalışacaq. 

Dünyadakı fərqli ölkələrə də bu məktubu ünvanlayacağıq. Lakin, ölkələrin bununla bağlı müsbət və ya mənfi cavab verməsi ilə bağlı isə, əlbəttə ki, proqnoz vermək çətindir. Ola bilsin ki, müharibədə olan ölkələrdən hər hansısa biri atəşkəs və ya sülh gözlədiyi üçün bu təklifi “zeytun budağı” kimi görsün, beləcə təklifi qəbul etsin. Buna baxmayaraq, müharibəyə davam etməyə qərarlı ölkələr təbii ki, bu təklifi qəbul etməyəcəklər.”

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla