AZ

Rusiya hökuməti istefa verib

Rusiyanın Baş naziri Mixail Mişustin ölkə prezidenti vəzifəsinin icrasına başladıqdan sonra hökumətin istefası haqqında fərman imzalayıb. Bu prosedur Konstitusiyada nəzərdə tutulub.

Rusiya qanunlarına görə, andiçmə anından iki həftədən gec olmayaraq, prezident Dövlət Dumasına hökumətin sədrliyinə namizəd təklif etməyə borcludur.

Prezidentin mətbuat katibi Dmitri Peskov andiçmə mərasiminə bir neçə dəqiqə qalmış bəyan edib ki, Vladimir Putin bu gün, mayın 7-də Dövlət Dumasına baş nazirliyə namizədliyini təqdim edə bilər.

Dövlət Duması mayın 10-da cümə günü əlavə iclas keçirməyi planlaşdırır. Baş nazirin namizədliyini bu iclasda təsdiq edilə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
44
Mənbələr
Şərh ()
Bağla