AZ

Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM

Rusiyada 2024-cü ilin martında dövlət başçısı seçilən Vladimir Putin beşinci dəfə Rusiya prezidenti oldu.

Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin Putinin Rusiya xalqına sədaqət andı içdikdən sonra prezident postuna keçdiyini açıqlayıb.

Qanuna görə, o, növbəti 6 il ərzində dövlətə rəhbərlik edəcək.

Mənbə: rbc.ru

****************

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi başlayıb.

Qeyd edək ki, andiçmə mərasiminə dünyanın müxtəlif ölkələrindən olan dövlət başçıları, hökumət rəhbərləri, ayrı-ayrı sahələr üzrə tanınmış simalar iştirak edirlər.

*****************

Rusiya Prezidenti Vladimir Putin prezident seçkisində qalib gəldikdən sonra bu gün and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq.

İnaqurasiya mərasimi Moskva vaxtı ilə saat 12:00 radələrində (Bakı vaxtı ilə saat 13:00-da) Kremldə başlayacaq.  

Məlumat üçün əlavə edək ki, V.Putin and içdikdən sonra indiki Rusiya hökuməti də istefa verəcək.

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
Mənbələr
Şərh ()
Bağla