AZ

Azərbaycan məhsulları Brüsseldə küçə festivalında - VİDEO+FOTOLAR

Azərbaycan məhsulları Brüsseldə küçə festivalında - VİDEO+FOTOLAR

FireLand Azərbaycanlılar Birliyi Mayın 5-də Brüssel şəhərində Tervueren və Etterbeek bələdiyyələrinin təşkil etdiyi küçə festivalında iştirak edib.


Milli yeməklərin, içəcəklərin, Azərbaycan mədəniyyəti və incəsənətinə aid kitab və broşurların, o cümlədən milli kəlağayının, aksesuarların yer aldığı stend yüzlərlə iştirakçının marağına səbəb olub. Ən çox diqqət çəkən stendlərdən olan Azərbaycan stendində qonaqlara müxtəlif dillərdə Azərbaycan haqqında məlumatlar verilib.
Festivalda iştirak edən bir çox yerli siyasətçilər, deputatlar, partiya nümayəndələri Azərbaycan təamlarının dadına baxıbş, Azərbaycanla bağlı suallar veriblər.
Belçikanın ilk xanım naziri olmuş, keçmiş xarici işlər naziri Sophie Wilmes öz komandası ilə, MR partiyasının prezidenti David Leisterh, fransızdilli ali təhsil məsələləri üzrə nazir Valerie Glatigny, o cümlədən digər namizədlər Azərbaycan stendinə yaxınlaşaraq FireLand Azərbaycanlılar Birliyinin fəaliyyəti ilə maraqlanmış, Birliyi əməkdaşlığa dəvət ediblər.
Gün ərzində davam edən festivalda FireLand rəqs qruplarının bir neçə dəfə rəqs göstərişləri iştirakçıların marağına səbəb olub.
Uşaqların rəqslərini izləyənlər Azərbaycan stendinə yaxınlaşaraq, ölkəmizlə maraqlanıblar.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla