AZ

Müstəqil Dövlətlər Birliyinin Könüllülərinin Forumu keçirilib - FOTOLAR

Özbəkistanın paytaxtı Daşkənd şəhərində 3-4 may tarixlərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Könüllülərinin Forumu keçirilib.

QHT.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşları Nərminə Xəlilzadə və Fatimə Bədirxanlı Azərbaycan nümayəndə heyətinin tərkibində Forumda iştirak ediblər. Özbəkistan, Azərbaycan, Qazaxıstan, Rusiya, Belarus, Tacikistan və Qırğıstanın könüllü təşkilatları ittifaqlarının sədrləri, nümayəndələri və könüllülərinin iştirak etdiyi forumun məqsədi davamlı inkişaf üçün sosial tərəfdaşlığın gücləndirilməsi və MDB ölkələrində könüllü hərəkatlarının fəallığının artırılması idi.

Tədbir çərçivəsində iştirakçılar Özbəkistandakı könüllülük hərəkatı təcrübəsi, həmçinin “Eko fəaliyyət”, “Təcili yardım könüllüləri”, “Könüllü həkimlər” və könüllülüklə bağlı digər aktual tendensiyalarla yaxından tanış olublar.

Qeyd edək ki, Forum 31 oktyabr 2023-cü ildə MDB-nin Hökumət Başçıları Şurası iclasında 2024-cü ilin MDB ölkələrində Könüllülər Hərəkatı ili elan edilməsinə həsr olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla