AZ

Qərb Gürcüstan Rusiya əlaqələrinin daha da pisləşməsi üçün ciddi səy göstərir -ŞƏRH

“Bölgədə Azərbaycan vasitəsilə öz istəklərinə nail olmayan Qərb Ermənistan və Gürcüstana böyük ümidlər bəsləyirdi. Onlar İrəvandan məqsədləri üçün istifadə imkanı qazansa da, Tiblisi barədə bunu demək çətindir”

Bu fikirləri “Sherg.az”a açıqlamasında siyasi  şərhçi Elmir Səftərov Gürcüstan parlamentinin “Xarici agentlər haqqında” qanun layihəsini qəbul etməsinə münasibət bildirərkən deyib. 
O qeyd edib ki, gürcü xalqı 2004-cü ildə Gürcüstanda hakimiyyətə gətirilmiş Mixail Saakaşviliyə yalan vədlər verildiyini yaxşı anlayır: 
“Eyni zamanda, ölkə 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürükləndi. Nəticədə isə Cənubi Osetiya və Abxaziya itirildi. M.Saakaşvilini bu avantüraya sürükləyən Qərb isə onun arxasında dayanmadı. Səhvlərdən nəticə çıxaran Gürcüstan hökuməti və xalqı Qərbin ölkədə dəstəklədiyi və diktə etdiyi məsələlərin gələcəkdə müxtəlif problemlərə səbəb olacağını bilir və bir növ seçim etmək məcburiyyəti qarşısında qalır. Bu da ölkədə cəbhələşmə yaradaraq daxili sabitliyə mənfi təsir göstərir. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentə təqdim edilməsi ilə başlayan etirazlara dəstək verən ABŞ və Avropa bu addımlarla öz niyyətlərini açıq şəkildə büruzə verirlər. Həmçinin Gürcüstan hökumətinin balanslı siyasət yürütməsinə, alternativ olaraq tərəf seçməsinə ölkə daxilində maliyyələşdirdiyi müəyyən şəxslər və qruplar vasitəsilə mane olmağa çalışırlar”.

Ekspert qeyd edib ki, Qərb Gürcüstan Rusiya əlaqələrinin daha da pisləşməsi üçün ciddi səy göstərir:
“Gürcüstanın Avropa Şurasına üzv dövlət kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək baxımından da təzyiqlər edir. Yəni Gürcüstan Avropaya inteqrasiya etmək üçün Avropa Şurasının, Avropa İttifaqının hesabatlarını, tövsiyələrini yerinə yetirməlidir. Bütün bunlar isə Gürcüstanın milli maraqlarına təsir edir. Eyni zamanda, xarici siyasət kursunu məhdudlaşdırır və Rusiya ilə də münasibətlərini kəskinləşirir. Ona görə də Gürcüstana istənilən halda müəyyən təzyiqlər və diktələr edilir. Görünür ki, əvvəlki hökumətin həyata keçirdiyi siyasət bu gün öz təsirini göstərdiyi üçün Qərbin daxildəki fəaliyyətini üzə çıxarır. Bu səbəbdən də Gürcüstan ölkənin gələcəyi naminə qərar verməlidir ki, öz qonşularına qarşı hər hansısa bir bloka qoşulmayacaq və balanslı siyasət yürüdəcək. Bu da təbii ki, müəyyən sanksiyalar və təzyiqlər hesabına başa gələ bilər. Həm də Rusiya ilə qarşıdurmanı gözə alaraq Qərbin diqtəsi ilə davranmalıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla