AZ

Azərbaycanda heç vaxt milli və dini zəmində anlaşılmazlıq olmayıb- ÖZƏL

"Bakıda keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da öz əhəmiyyətliliyi və mühüm gündəmi ilə diqqətləri üzərinə cəlb edib". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirovun sözlərinə görə,  belə mötəbər tədbirlərin keçirilməsi üçün Azərbaycan artıq ənənəvi bir məkana çevrilib: "Bu gün də ənənə qorunub saxlanılır. İctimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda heç vaxt milli və dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmayıb. Bütün dövrlərdə Azərbaycanda müxtəlif xalqların nümayəndələri bir ailə kimi yaşayıb və daim bir-biriləri ilə dostluq münasibətləri qurublar. Bir məqama diqqət edək. Budəfəki Forumda 110 ölkənin nümayəndəsi iştirak edib. Bu Forum çox mühüm və nüfuzlu beynəlxalq platformaya çevrilib. Bu fikir Prezident İlham Əliyevin forumdakı çıxışında da aydın şəkildə öz təsdiqini tapır. Çünki dövlətimizin başçısı da Forumdakı çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla