AZ

"Onlara xərac ödəyək, reklamı dayandırsınlar" - Qüdrət Həsənquliyev

“İstərdim ki, Azərbaycanda heç kim siqaret çəkməsin, ölkəmizdə siqaret istehsal olunmasın”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.

 

“Dünyada siqaretlərlə bağlı bir çox tədqiqat var. Britaniyada aparılan araşdırmada deyilir ki, tütünü tərgitmək istəyənlər elektron siqaretlərdən istifadə etsinlər. Biz isə deyirik ki, elektron siqareti ləğv edək. COP29 üçün deyirik ki, ekologiyanı sağlamlaşdıraq. “Reklam haqqında Qanun”a görə, siqaretin reklamı qadağandır. Baxırsan, supermarketlərdə qızlar əllərində alıcılara elektron siqaretlər təklif edirlər. Təklif edirəm, siqaretin satışı ilə məşğul olanlara xərac ödəyək ki, onlar heç olmasa COP29 dövründə siqaretin reklamını dayandırsın. Bu qanun layihəsinə bir də baxılmasını təklif edirəm”,-millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla