AZ

“Ərdoğanın andiçməsinə gedir, Putinin yox...” - Paşinyanı bunda da ittiham etdilər

“Yəqin ki, Paşinyana Rusiya prezidentinin andiçmə mərasiminə getməyə icazə verilməyib, ya da o, özü istəməyib”. 

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Ermənistan” blokundan olan deputatı Artur Xaçatryan deyib.

Rusiyayönlü və revanşist qüvvələri təmsil edən deputat iddia edib ki, Paşinyana həm xaricdən, həm də daxildən Putinin inauqurasiyasına qatılmağa icazə verilməyib. 

Bununla yanaşı, deputat xatırladıb ki, Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçməsində iştirak edib: ““Ərdoğanın andiçmə mərasiminə yollanmaq və Əliyevinn arxasında oturmaq yəqin ki, onun həyati arzusu idi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla