AZ

Xaçatryan: “Ermənistan xəritələri gizli saxlayır”

“Rusiya sülhməramlılarının 2023-cü ildəki passivliyi onların fəaliyyətindən narazılıq yaradıb”.

KONKRET.az xəbər verir ki, bunu parlamentdə ənənəvi brifinqdə “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.

“Biz bununla bağlı dəfələrlə öz narazılığımızı bildirmişik, lakin hakimiyyət obyektiv narazılıqdan istifadə edərək daxili problemlər məsələsinə kənardan istiqamət verməyə çalışır. Baxmayaraq ki, burada heç bir xarici siyasi oriyentasiyadan söhbət gedə bilməz”, – deyə o qeyd edib.

“Müharibə günlərində və ondan sonra hakimiyyət deyirdi ki, Xankəndidə kimsə fərariliyə sövq etməyə çalışır. Başqa bəyanatlar da verilirdi, amma bunların hamısı bir-birinin ardınca partlayan təbliğat köpüyü idi”, – deyə deputat əlavə edib.

Xaçatryan qeyd edib ki, xalqıdan gizlin heç nə etməyəcəklərini açıqlayan hakimiyyət hətta sərhədin demarkasiyası deyilən prosesin aparıldığı xəritələri belə gizli saxlayır. “Sovet Ermənistanı ilə Azərbaycan arasında sonuncu dəfə bu proses 1988-ci ildə həyata keçirilib. Hakimiyyət bu məsələləri gizli saxlayır. Azərbaycanda və Rusiyada həmin xəritələr var, lakin onlar Ermənistan xalqından gizli saxlanılır”, – deyə o, fikrini yekunlaşdırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla