AZ

"Traktor" növbəti qələbəsini qazandı

Güney Azərbaycan təmsilçisi “Traktor” futbol klubu İran Premyer Liqasının iyirmi altıncı həftəsinin oyunları çərçivəsində növbəti oyununu keçirib.

Axar.az xəbər verir ki, Təbriz təmsilçisi rəqib meydanında Əhvazın “Fulad” komandası ilə qarşılaşıb.

Mayın 6-ı yerli vaxtla axşam saat 19:30-da keçirilən oyun Təbriz klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 44-ə çatdıran “Traktor” dördüncü pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
Mənbələr
Şərh ()
Bağla