AZ

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Qarabağ

Ankara, 7 may, AZƏRTAC

Vətən müharibəsi şəhidlərinin doğmaları və yaxınları Türkiyəyə səfər çərçivəsində qardaş ölkənin qərb əyaləti olan Çanaqqalanı ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərini Çanaqqala valisi İlhami Aktaş qəbul edib.

Vali Azərbaycan qəhrəmanlarının doğmalarının səfərindən məmnun olduğunu bildirib. O, 1915-ci ildə Çanaqqalada şiddətli döyüşlərin getdiyini, müdaxiləçilərin Türkiyə oğullarının iradəsini qırmağa nail ola bilmədiklərini xatırladıb.

Qeyd edək ki, şəhid ailələrinin üzvləri Türkiyəyə səfər çərçivəsində İstanbulda da olublar.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
azertag.az

1Mənbələr