AZ

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Sumqayıt, 7 may, Ətrabə Rzayeva, AZƏRTAC

Ölkədə havanın kəskin dəyişməsi nəticəsində dünən axşamdan Sumqayıt şəhərində güclü küləklə müşahidə olunan intensiv yağış hələ də davam edir.

AZƏRTAC xəbər verir ki, əsən güclü külək şəhərin 16-cı mikrorayon və Corat qəsəbəsində işıq dirəklərini aşırıb, zədələnən kabellər əraziyə düşüb. “Yaşıldərə” yaşayış massivində yağışın törətdiyi fəsadlar nəticəsində avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Sumqayıtın kommunal təsərrüfatı xidməti əməkdaşları və digər xidmət sahələri işçilərinin operativ müdaxiləsindən sonra bir sıra problemlər aradan qaldırılıb, vəziyyət nəzarətdə saxlanılır.

Sakinlər içməli su, elektrik enerjisi, təbii qazın verilişi ilə fasiləsiz təmin edilirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla