AZ

“Yığılıb qalmış problemlər var…”- Paşinyan Putinlə görüşəcəyini təsdiqlədi

Ermənistan Baş naziri Nikol Paşinyan mayın 8-də Moskvaya uçacağını və rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini təsdiqləyib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə yığılıb qalmış çoxlu problemlər var.

“Rusiya prezidenti ilə ikitərəfli görüşüm olacaq. Rusiya ilə gündəm çox genişdir. Bilirsiniz ki, bu müddət ərzində çoxlu problemlər yığılıb. Bu problemlərin müzakirəsi Ermənistanla Rusiya arasında dostluq münasibətləri kontekstindən mənfi cəhətlərin aradan qaldırılmasına yönəlib”, – o bildirib.

Eyni zamanda Paşinyan Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclasına sədrlik edəcək.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
azpost.info

2Mənbələr