AZ

Küveyt əmiri əs-Sabah Ankarada səfərdədir

Prezident Rəcəb Tayyib Ərdoğan Küveyt əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahı Esenboğa hava limanında mərasimlə qarşılayıb.

"Operativ Media" xəbər verir ki, 2023-cü ildə vəzifəsinin icrasına başlayan Küveyt əmiri ərəb dünyası xaricində ilk rəsmi səfərini Türkiyəyə edir.

Məlumata görə, Küveyt Əmiri Əs Sabahın Prezident Kompleksində rəsmi qarşılanma mərasimi olacaq.

Buradakı mərasimdən sonra iki lider ikitərəfli və nümayəndə heyətləri arası görüşlər keçirəcək.

Dövlət Ordeninin təltif edilməsi və Müqavilələrin imzalanması mərasimindən sonra Ərdoğan Küveyt əmiri əs Sabahın şərəfinə rəsmi şam yeməyi verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
22
Mənbələr
Şərh ()
Bağla